• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Almaniya silah ixracatını artırır

DÜNYA

20 Dekabr 2024 | 13:15 | Müəllif: Gülşən Şərif

Almaniya silah ixracatını artırır

Almaniya hökuməti bu il təxminən 13,2 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin bu il üçün silah və hərbi texnika satışının təsdiqi ilə bağlı hesabatında yer alıb.

Hesabata görə, Almaniya hökuməti bu il xaricə təxminən 13,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləyib.

Beləliklə, il tamamlanmasa da, Almaniyanın 2024-cü ildə silah və hərbi texnika satışı rekord qırıb. Berlin administrasiyasının silah və hərbi texnika satışı üzrə əvvəlki illik rekordu 2023-cü ildə 12,13 milyard avro olub.

Nazirliyin hesabatına görə, ötən il ən çox hərbi texnika satışının həyata keçirildiyi ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub. Berlin Kiyevə 8,1 milyard avro dəyərində silah və texnika satışını təsdiqləyib.

Ukraynanı 1 milyard 217 milyon avro ilə Sinqapur, 558 milyon avro ilə Əlcəzair, 298 milyon avro ilə ABŞ, 230 milyon avro ilə Türkiyə və 224 milyon avro ilə Hindistan izləyib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026