“Şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaq lazımdır”.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
Abdülkadir Uraloğlu deyib ki, Türkiyə 2053-cü ilə qədər bu hədəfə nail olmağa çalışacaq: “Şəhərlərdə elektrikli avtomobillərdən, velosipedlərdən istifadə kimi məsələləri təşviq edirik ”.
Türkiyəli nazir qeyd edib ki, 58 hava limanından 50-i karbon sertifikatı alıb: “Hava, dəniz və quru yollarının ticarətdə böyük önəmi var. Azərbaycanın da daxil olduğu Orta Dəhlizdə Türkiyə də yerləşir. Orta Dəhlizdə elektrik mühərrikli qatarlardan istifadə imkanlarını araşdırırıq. Biz də elektrik mühərrikli qatarlar istehsal etməyə başlamışıq”.
Abdülkadir Uraloğlu nəzərə çatdırıb ki, gələcək nəsillərə yaşana bilən dünya qoymaq üçün karbon emissiyasını azaltmaq vacibdir: “Biz COP29-da ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyümüz işləri çatdırırıq. Azərbaycanın COP29-un təşkili sahəsində fəaliyyəti 10 ballıq sistem üzərindən 10 bal qiymətləndiririk”.