• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Tramp Şoltsla Ukrayna müharibəsini müzakirə edib

DÜNYA

20 Dekabr 2024 | 14:00

Tramp Şoltsla Ukrayna müharibəsini müzakirə edib

Almaniya kansleri Olaf Şolts ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya federal hökumətinin nümayəndəsi Şteffen Gebeşrayt bildirib.

Tramp və Şolts arasında söhbət, qeyd edildiyi kimi, “Avropada təhlükəsizlik siyasətinin çağırışlarına” həsr olunub.

“Tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinin çox uzun müddətdir davam etdiyi və mümkün qədər tez vicdanlı, ədalətli və davamlı sülhə aparan yol tapmağın vacib olduğu barədə razılığa gəliblər”, - Gebeşrayt əlavə edib.

Bu arada Şolts təsdiqləyib ki, Almaniya “lazım olduğu qədər” Rusiya təcavüzündən müdafiədə Ukraynanı dəstəkləməyə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026