"Almaniyada antibiotiklər, qızdırma salan sirop və digər dərmanların təchizatında yaranan qıtlıq artmaqda davam edir".
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bunu "Nordrhein" Əczaçılar Assosiasiyasının prezidenti Tomas Preis deyib.
Onun sözlərinə görə, son illər Almaniyada antibiotiklərin və uşaq dərmanlarının təchizatında ciddi problemlər yaranıb:
"Hazırda reseptlə satılan 500 dərman çatışmazlığı var. Oxşar problemlər təkcə Almaniyada deyil, digər Avropa İttifaqına (Aİ) üzv ölkələrdə də yaşanır. Almaniyada "Bayer", "BASF", "Boehringer Ingelheim" və "BioNTech" kimi böyük əczaçılıq şirkətləri var. Lakin dərmanların əsas xammalı indi Çin və Hindistanda istehsal olunur. Tədarük zəncirlərində problemlər yarandıqda, Qərb ölkələri dərman qıtlığı ilə üzləşir".
Gülşən Şərif














