• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hindistan aviaşirkətləri 70-dən çox yalançı bomba hədəsi alıb

DÜNYA

21 Oktyabr 2024 | 14:35 | Müəllif: Gülşən Şərif

Hindistan aviaşirkətləri 70-dən çox yalançı bomba hədəsi alıb

Son bir həftə ərzində Hindistan aviaşirkətləri beynəlxalq reyslərdə 70-dən çox yalançı bomba hədəsi alıb və bu, aviadaşıyıcıların işini xeyli çətinləşdirib.

Bakıvaxtı.az "Hindustan Times"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları təhdid mesajları göndərən cinayətkar və ya cinayətkarlar qrupunu axtarır.

Axtarışla bağlı Dehli Polisinin kibertəhlükəsizlik departamentinin və Kəşfiyyat Birləşməsi və Strateji Əməliyyatlar bölməsinin ekspertlərinin də qoşulduğu xüsusi qrup yaradılıb. 

Hindistan sosial media platformalarından təhdid mesajları yerləşdirən hesabları bloklamağı və silməyi xahiş edib.

Qeyd olunub ki, bu cür xəbərlər bəzi reyslərin gecikməsinə və ləğv edilməsinə, həmçinin artıq havada olan təyyarələrin marşrutunun dəyişdirilməsinə səbəb olur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026