• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran Prezidenti Nyu-Yorka səfər edəcək

DÜNYA

21 Sentyabr 2024 | 16:59 | Müəllif: Gülşən Şərif

İran Prezidenti Nyu-Yorka səfər edəcək

İran prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İRNA“ məlumat yayıb.

Pezeşkianın sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edəcəyi və burada müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə edəcəyi planlaşdırılır.

Qeyd edək ki, səfər zamanı Pezeşkian ABŞ-dakı iranlı mühacirlər də daxil olmaqla bir sıra görüşlər keçirməyi, Avropa, Asiya və İslam ölkələrinin rəhbərləri ilə danışıqlar aparmağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026