• Bakı 18° C

    3.01 m/s

Sevastopola hücuma görə ABŞ məsuliyyət daşıyır - MN

DÜNYA

23 Iyun 2024 | 18:12 | Müəllif: Subhan Mahmudov

Sevastopola hücuma görə ABŞ məsuliyyət daşıyır - MN

Vaşinqton ilk növbədə Sevastopolda mülki əhaliyə qəsdən raket hücumuna görə məsuliyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“ATACMS raketləri üçün uçuş missiyaları ABŞ-ın peyk kəşfiyyatına əsaslanan amerikalı mütəxəssislər tərəfindən təqdim olunur. Buna görə də Sevastopolda mülki əhaliyə qəsdən raket hücumuna görə məsuliyyət ilk növbədə bu silahları Ukraynaya çatdıran Vaşinqtonun, eləcə də bu hücumu ərazisindən həyata keçirilən Kiyev rejiminin üzərinə düşür. Bu cür hərəkətlər cavabsız qalmayacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Ukraynanın Sevastopolu raket atəşinə tutuması nəticəsində 3 nəfər ölüb, 124 nəfər isə yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026