• Bakı 19° C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

AB İvanişvilini cəzalandırmaq istəyir

DÜNYA

24 Aprel 2024 | 21:22

AB İvanişvilini cəzalandırmaq istəyir

Avropa Parlamenti "Gürcüstanda xarici agentlər haqqında qanunun bərpası cəhdləri və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında" qətnamə layihəsini müzakirəyə çıxaracaq.

Bakıvaxtı.az bildirir ki, qətnamə ilə bağlı səsvermə aprelin 25-də baş tutacaq.

Qətnamə müəllifləri hesab edirlər ki, Avropa Birliyi "Xarici agentlər haqqında" qanunu dəstəkləyən Gürcüstan parlamentinin bütün üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Avropa Parlamenti həmçinin Gürcüstanda "Xarici agentlər haqqında" qanun qəbul ediləcəyi təqdirdə Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişviliyə və hakim partiyanın üzvlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir./axar.az


SON XƏBƏRLƏR

25 May 2024