• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOLAR

DÜNYA

24 May 2024 | 20:00 | Müəllif: Subhan Mahmudov

Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOLAR

Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer maraqlı addımı ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, fermer Burak Tunçkol öz tarlasında "Azərbaycan, Cümhuriyyət bayramın mübarək olsun", - yazıb. 

B.Tunçkol bunu Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünü münasibətilə etdiyini bildirib.

"İşim təxminən 4 saat davam etdi. Burada məqsədimiz türklərin birliyini, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya çatdırmaqdır", - fermer qeyd edib.

Fermer bunu serial aktyoru Melikşah Özenin dəstəyi ilə edib. 

Traktoruna Türkiyə və Azərbaycan bayraqları asan Tunçkol torpaqda yazını da şumlama ilə yazıb. Aktyor Özen də əlində Türkiyə və Azərbaycan bayraqları ilə tarlada at belində gəzərək bayrama öz töhfəsini verib.

Tunçkol Özenin çəkdiyi "Qarabağ zəfəri" qısametrajlı filmini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmaq istədiklərini qeyd edib.


Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOLARTürkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOLARTürkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026