• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin taktiki nüvə silahı təlimlərindən danışdı

DÜNYA

24 May 2024 | 19:42 | Müəllif: Subhan Mahmudov

Putin taktiki nüvə silahı təlimlərindən danışdı

Rusiya nüvə silahı sahəsində öz öhdəliklərinə tam əməl edir, ölkənin pozduğu heç bir şey yoxdur.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.

O, bildirib ki, Rusiya müntəzəm olaraq nüvə təlimləri keçirir və hazırda bu təlimlər belaruslu müttəfiqləri ilə birlikdə keçirilir.

Putin həmçinin qeyd edib ki, Rusiya nüvə təlimləri ilə heç nəyi gərginləşdirmir, əksinə, planlaşdırılmış şəkildə, ardıcıllıq naminə keçirir.

"Biz Belarusun təhlükəsizliyinə Rusiya Federasiyasının təhlükəsizliyi kimi yanaşırıq. Belarus ərazisinə qoşunların birgə regional qrupu, Rusiyanın müasir müdafiə sistemləri və taktiki nüvə silahları yerləşdirilib", - deyə Rusiya Prezidenti vurğulayıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026