• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nyu-Yorkda siçovullara həsr edilmiş milli sammit keçiriləcək

DÜNYA

24 May 2024 | 19:21 | Müəllif: Subhan Mahmudov

Nyu-Yorkda siçovullara həsr edilmiş milli sammit keçiriləcək

Nyu-York meri Erik Adams ilk Şəhər Siçovulları Milli Sammitini elan edib. Tədbir sentyabrın 18-19-da baş tutacaq.

Bakıvaxtı.az bildirir ki, şəhərdə siçovul problemi çox ciddidir. Səhiyyə rəsmiləri bu gəmiricilərin yaydığı bakterial xəstəliklərin sayının artdığını bildiriblər. 2023-cü ildə 24 yoluxma halı qeydə alınıb ki, bu da digər illərlə müqayisədə çoxdur.

Nyu-York 13 aydır ki, siçovullarla fəal mübarizə aparır. Ərazilərdə onların sayı demək olar ki, 14% azalıb.

"Elan edilmiş sammit bizə siçovulların vərdişlərini daha yaxşı öyrənməyə və şəhər küçələrinin təmizlənməsi üçün daha effektiv üsullar hazırlamağa imkan verəcək", - Adams bildirib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026