• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yunanıstan parlamentində dava düşdü

DÜNYA

24 Aprel 2024 | 20:32 | Müəllif: Subhan Mahmudov

Yunanıstan parlamentində dava düşdü

Yunanıstan parlamentinin müstəqil deputatı Konstantinos Floros onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosu vurub.

Bakıvaxtı.az-ın məlumatına görə, polis Florosu saxlayıb. O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib və Attikanın metropoliten bölgəsindəki polis qərargahına aparılıb.

Florosun gün ərzində və ya cümə axşamı səhər prokuror qarşısına çıxacağı gözlənilir.

Parlamentin sədri Konstantinos Tasulasın dediyinə görə, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026