• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

AFFA bu klubun futbolçu və rəsmilərini ağır cəzalandırdı

İDMAN

23 Aprel 2025 | 14:37

AFFA bu klubun futbolçu və rəsmilərini ağır cəzalandırdı

AFFA U-15 Liqasında baş tutan “Metak”la matçda futbolçuları və rəsmiləri tərəfindən qaydaların pozulmasına görə “Şamaxı”nı ağır cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Aprelin 22-də keçirilən görüşdə “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı məşqçinin hərəkətinə görə komanda növbəti ev oyunu azarkeşsiz keçirməli olacaq.

“Şamaxı”nın U-15 komandasının baş məşqçisi Tərlan İsgəndərov və klub rəsmisi Amil Mənsimov 5 oyunluq disvalifikasiya olunub. Hər iki şəxs 80+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırılıb.

Həmçinin görüşün 80+2-ci dəqiqəsində təcavüzkar davranış sərgiləyən “Şamaxı”nın futbolçuları Ömər Qocalı və Hüseyn Hüseynov 4, rəqibi təhqir edən Fərid Ağasarılı isə 3 oyunluq cəzalandırılıb.

“Metak”ın futbolçuları Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Əli Şıxnəbiyev isə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.


SON XƏBƏRLƏR