• Bakı 22° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Premyer Liqa: "Səbail" "Sumqayıt"ı qəbul edəcək

İDMAN

23 May 2025 | 09:16

Premyer Liqa: Səbail Sumqayıtı qəbul edəcək

Misli Premyer Liqasında sonuncu - XXXVI tura bu gün start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək.

Qarşılaşma “ASCO Arena”da, saat 19:30-da start götürəcək.

22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncudur.

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

23 may

19:30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“ASCO Arena”

Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.


SON XƏBƏRLƏR