• Bakı 29° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.8537

    RUB - 0.0192

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

İDMAN

10 Iyul 2024 | 12:50

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib.

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər.


SON XƏBƏRLƏR