Argentina millisinin hücumçusu Xulian Alvares gələn həftə İspaniyanın "Atletiko" klubu ilə müqavilə bağlayacaq.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı dünya çempionu avqustun 12-də tibbi müayinədən keçəcək.
Hər şey qaydasında olsa, Madrid təmsilçisi ilə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşmə imzalanacaq.
Qeyd edək ki, 2021-ci ildən "Mançester Siti"nin formasını geyinən forvard 2023/2024 mövsümündə meydana çıxdığı 54 matçda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.