• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xetaq Karsanov dünya ikincisi oldu

İDMAN

07 Sentyabr 2024 | 22:55 | Müəllif: Subhan Mahmudov

Xetaq Karsanov dünya ikincisi oldu

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu gün sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6.

Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026