• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib

İDMAN

15 May 2024 | 15:06

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK.

4. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qəbələ” İK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə aşağıda göstərilən lisenziyaları alımış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Cari mövsüm I Liqa və II Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə mayın 27-də baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.


SON XƏBƏRLƏR

25 May 2024