Xəbər verdiyimiz kimi, Almaniyada keçiriləcək AVRO-2024 bu gün start götürür.
Bakıvaxtı.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, süni intellekt Türkiyənin iştirak edəcəyi turnirlə bağlı hesablamalar aparıb və kimin çempion ola biləcəyini proqnozlaşdırıb.
O, Fransanı əsas favorit kimi göstərib.
Süni intellektə görə, Fransanın favorit olmasının səbəbi onların heyətlərində Kilian Mbappe, Antuan Qrizman və Nqolo Kante kimi oyunçuların yer almasıdır.
Futbolçularla yanaşı, baş məşqçi Didye Deşamın kritik anlarda oyuna toxunuş etməsi da Fransanı favorit edən amillərdəndir.
Fransadan başqa İspaniya, İngiltərə, Almaniya və İtaliya da favorit kimi görünsə də, Fransa ən güclü namizəddir.
Asif Məmmədov
BDU tələbəsi
Bakıvaxtı.az
















