• Bakı 31° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Messi: "Əvvəlkindən çox sakitəm" 

İDMAN

13 Iyul 2024 | 15:39

Messi: Əvvəlkindən çox sakitəm 

ABŞ-də təşkil edilən Amerika Kubokunun finalında Kolumbiya seçməsi ilə üz-üzə gələcək Argentina millisinin superulduzu Lionel Messi həlledici qarşılaşma ərəfəsində fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, "Fox News" onun sözlərini belə çatdırıb:

"Həmişəki kimi sakitəm və adi qaydada oyunun başlamasını gözləyirəm. Son illərdə nələr yaşadığımızı nəzərə alsaq, əvvəlkindən çox sakitəm.

Mövcud vəziyyətdən, yaşadıqlarımızdan həzz almağa çalışıram. Zamanı tələsdirmək niyyətində deyiləm. Sadəcə, anı yaşayıram və matçın start fitini gözləyirəm. Vaxtı gələndə finala köklənəcəyik".

Qeyd edək ki, Argentina - Kolumbiya oyunu iyulun 15-də keçiriləcək. Mayamudəki "Hard Rok" stadionunda baş tutacaq final matçının start fiti Bakı vaxtı ilə 4:00-da səsləndiriləcək.


SON XƏBƏRLƏR

11 Iyul 2025