• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Əli Cəbrayılova yeni təyinat verildi

İDMAN

12 Avqust 2024 | 14:18 | Müəllif: Əli Hüseynov

Əli Cəbrayılova yeni təyinat verildi

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçında birinci hakim olacaq.

Beynəlxalq dərəcəli hakim bir gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerşəkləşəcək


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR