• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Basketbol üzrə milli komandaya seçmələr keçirilib

İDMAN

11 Sentyabr 2024 | 10:00 | Müəllif: Əli Hüseynov

Basketbol üzrə milli komandaya seçmələr keçirilib

Qızlardan ibarət basketbol yığmasına namizəd göstərilən idmançılara baxış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, seçmələr Azərbaycan Texniki Universitetinin idman zalında, Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası tərəfindən həyata keçirilib.

Qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkayanın rəhbərlik etdiyi baxış prosesində, Aygün Eynullayeva, Sakit Nuriyev, Konstantin Volkov, Evelina Qaradağlı, Zihni Anaç kimi məşqçilərdə iştirak ediblər.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 132 qız basketbolçu iştirak edib. U-12 yaş kateqoriyasında 20 nəfərdən 10-u, U-14 yaş kateqoriyasında 50 nəfərdən 20-si, U-16 yaş kateqoriyasında 60 nəfərdən 20-si seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, təşkil olunmuş baxış prosesinin əsas məqsədi gələcək illərdə müxtəlif yaş qrupları üzrə qız milli komandalarımızın heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR