Onların sürətli və keyfiyyətli futbolçuları çoxdur. Buna diqqət yetirməliyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçından əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan seçməsinin kifayət qədər layiqli rəqib olduğunu bildirib:
"Ötən il Avropa çempionatının seçmə mərhələsində bu komandadan cəmi 1 xal ala bilmişdik. Bizi asan görüşün gözlədiyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq".
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.