• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz mübarizəyə başlayır

İDMAN

11 Sentyabr 2024 | 10:26

Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz mübarizəyə başlayır

Azərbaycan milliləri bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürəcək 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, kişilərdən ibarət yığma ilk turda İordaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət komanda isə Nikaraquanın müqavimətini qırmağa çalışacaq.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026