• Bakı 11° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Samu Omorodionun "Çelsi"yə keçidi baş tutmadı

İDMAN

12 Avqust 2024 | 10:22

Samu Omorodionun "Çelsi"yə keçidi baş tutmadı

İspaniyanın "Atletiko" klubunun hücumçusu Samu Omorodionun İngiltərə təmsilçisi "Çelsi"yə keçidi baş tutmayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 20 yaşlı ispaniyalı futbolçu ilə müqavilənin şərtlərini razılaşdıra bilməyib.

"Çelsi"nin S.Omorodionu 40 milyon avroya transfer etməyə razı olduğu bildirilirdi. 2023/2024 mövsümündə "Alaves" klubunda icarə əsasında çıxış edən oyunçu 35 matçda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, forvardın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna kimidir. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR