• Bakı 23° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

"Zirə" - "Şerif" oyununun hakimləri bəlli oldu

İDMAN

13 Iyul 2024 | 16:29 | Müəllif: Gülşən Şərif

"Zirə" - "Şerif" oyununun hakimləri bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə”nin Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Klubun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” - “Şerif” matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.

Qeyd edək ki, Moldovada oynanılan ilk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026