• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çimərlik voleybolçularımız beynəlxalq yarışa gedir

İDMAN

12 Avqust 2024 | 16:21 | Müəllif: Əli Hüseynov

Çimərlik voleybolçularımız beynəlxalq yarışa gedir

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycanın U-18 milliləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA ) çempionatında güclərini sınayacaqlar.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hər iki yığma bu gün yarışın keçiriləcəyi Latviyanın Cesis şəhərinə yola düşüblər.

13-15 avqust aralığında baş tutacaq turnirdə ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Yarışda Azərbaycanla yanaşı Estoniya, Ukrayna, Polşa, Litva və Latviya voleybolçuları da çıxış edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026