Belaruslu bodibildinqçi İlya Qolem Yefimçuk dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 36 yaşlı idmançının həyat yoldaşı Anna Yefimçuk sosial şəbəkədə açıqlama verib.
O, sentyabrın 6-da bodibildinqçinin ürəyinin dayandığını, lakin təcili yardım helikopteri vasitəsilə xəstəxanaya çatırılmasına rəğmən, həyatını xilas etməyin mümkün olmadığını deyib.
Qeyd edək ki, İlya Qolem Yefimçuk daha əvvəl açıqlamasında gündə yeddi dəfə yemək yediyini söyləmişdi.