• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Arsenal”ın hücumçusu Yunanıstanla oyunda zədələnib

İDMAN

11 Oktyabr 2024 | 14:43 | Müəllif: Əli Hüseynov

“Arsenal”ın hücumçusu Yunanıstanla oyunda zədələnib

İngiltərə millisinin və “Arsenal”ın futbolçusu Bukayo Saka zədələnib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ötən gün UEFA Millətlər Liqasının III turunda Yunanıstanla keçirilmiş ev matçında (1:2) ayağından xəsarət alıb.

Forvard bu səbəbdən 52-ci dəqiqədə Noni Madueke ilə əvəzlənib.

Qeyd edək ki, İngiltərə seçməsi A Liqasında 3 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026