• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Kurban Berdiyev: "İki xal itirdik"

İDMAN

09 Noyabr 2024 | 20:03 | Müəllif: Əli Hüseynov

Kurban Berdiyev: "İki xal itirdik"

"İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülə bilmədik. Epizodlarda rəqib daha yaxşı görünürdü. İkinci hissədə düzəlişlər etdik. Daha yaxşı oynadıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Səbail"lə (1:1) görüşün süni örtüklü meydançada oynanasından şikayət etməyib: "Şərtlər hamı üçün eynidir. Şikayətimiz yoxdur. İkinci hissəni nəzərə alsaq, iki xal itirdik. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar".

Qeyd edək ki, "Turan Tovuz" son dəqiqələrdə bərabərlik qolunu vuraraq, məğlubiyyətdən qaça bilib. idman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR