• Bakı 17° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

İlk gündə 1 qızıl

İDMAN

09 Noyabr 2024 | 23:14

İlk gündə 1 qızıl

Bu gün Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.

Azərbaycan yığmasının heyətində 1 medal qazanıb. 55 kq çəki dərəcəsində yarışan Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.

Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025