• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

“Araz-Naxçıvan”ın futbolçusu 300-ə ÇATDI

İDMAN

09 Dekabr 2024 | 11:20

“Araz-Naxçıvan”ın futbolçusu 300-ə ÇATDI

“Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turuna təsadüf edib.

31 yaşlı müdafiəçinin yubiley oyunu “Səbail”lə səfər görüşündə (2:0) gerçəkləşib. Slavik 300 oyunda 15 qola imza atıb. Debütü 2011/2012 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu ümumilikdə 7 klubda forma geyinib O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7 və “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.

Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. “Araz-Naxçıvan”ın digər müdafiəçisi Urfan Abbasov da 300-cü oyununu mövsümün gedişində keçirib.


SON XƏBƏRLƏR

15 Aprel 2025