• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Nigeriya millisinin yeni baş məşqçisi açıqlanıb

İDMAN

08 Yanvar 2025 | 10:22

Nigeriya millisinin yeni baş məşqçisi açıqlanıb

Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandanın "sükanı arxasına" Erik Şell keçib. Federasiya 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.

Qeyd edək ki, 2022-2024-cü illərdə Mali yığmasını çalışdırmış mütəxəssisin son iş yeri Əlcəzairin "Oran" klubu olub. Erik Şell futbolçu karyerası ərzində Fransada "Valensyen", "Lans" kimi klublarda çıxış edib. O, bu postda almaniyalı Bruno Labbadianı əvəzləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026