• Bakı C

    15.7 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

"Qalatasaray” səfərdə “Boluspor”a qalib gəldi

İDMAN

06 Fevral 2025 | 20:17

Qalatasaray” səfərdə “Boluspor”a qalib gəldi

Türkiyə kubokunda II turun oyunları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib.

11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib. “Cimbom”un yeni transferi Alvaro Morata hesabı bərabərləşdirib.

Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


SON XƏBƏRLƏR