• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Araz-Naxçıvan" Premyer Liqa tarixində ilkə imza atıb

İDMAN

09 Dekabr 2024 | 10:25

Araz-Naxçıvan Premyer Liqa tarixində ilkə imza atıb

"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.

Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025