• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

NBA tarixində ən çox assist edən ikinci oyunçu oldu

İDMAN

09 Dekabr 2024 | 14:01

NBA tarixində ən çox assist edən ikinci oyunçu oldu

"San-Antonio" klubunun üzvü Kris Pol Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox məhsuldar ötürmə edən ikinci oyunçu olub.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı basketbolçu bunu "Nyu-Orlean Pelikans”a qalib gəldikləri (121:116) müntəzəm mövsümün qarşılaşmasında reallaşdırıb.

O, həmin görüşdə 10 assistlə yadda qalıb. K.Pol NBA-da məhsuldar ötürmələrinin sayını 12099-a çatdırıb və bu göstəricidə keçmiş oyunçu Ceyson Kiddi (12091) arxada qoyub.

Rekord sabiq basketbolçu Con Stoktona məxsusdur - 15806 assist.


SON XƏBƏRLƏR

18 Aprel 2025