"Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmaqda çətinlik çəkən İspaniyanın "Sevilya" klubu diqqətini başqa hücumçuya yönəldib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Vamosmisevillafc" nəşri məlumat yayıb.
Əndəlüs təmsilçisi Belçikanın "Anderlext" komandasında çıxış edən Luis Vaskeslə maraqlanır. La Liqa klubu 23 yaşlı argentinalı forvardı satın almaq hüququ ilə mövsümün sonunadək icarəyə götürmək istəyir.
Qeyd edək ki, Braziliya mətbuatı Olavio Juninyonun "Flamenqo"ya transfer oluna biləcəyini yazıb.