• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Gimnastımız beynəlxalq yarışda qələbə qazanıb

İDMAN

09 Dekabr 2024 | 17:15

Gimnastımız beynəlxalq yarışda qələbə qazanıb

Tamblinq üzrə gimnastımız Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq yarışda qələbə qazanaraq ölkəmizi bir daha idman arenasında qürurlandırıb.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, tamblinq üzrə Dünya çempionatının komanda hesabında qalibi, Avropa Çempionatının gümüş mükafatçısı Tofiq Əliyev “FaceOFF” turnirində 10.000 tamaşaçı qarşısında çıxış edərək hər kəsi heyran edib.

Tofiq Əliyev artıq üçüncü ildir ki, “FaceOFF” yarışında iştirak edir. O, ilk ildən etibarən öz potensialını göstərərək hər yarışda performansını daha da yüksəldib.
Bu il Tofiq çıxışı ilə həm münsiflər heyətini, həm də tamaşaçıları valeh edib. Tofiqin uğuru onun uzun illər ərzindəki zəhmətinin və fədakarlığının nəticəsidir. Yarış zamanı nümayiş etdirdiyi əzmkarlıq və təmkin onun qalibiyyətinin əsas səbəblərindən biridir.

Qeyd edək ki, “FaceOFF” 2014-cü ildən etibarən dünya gimnastikasının ən parlaq ulduzlarını bir araya gətirən prestijli yarışdır. Bu yarış fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparır, bu da tamaşaçılar üçün möhtəşəm idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır. Hər il müxtəlif ölkələrdən yüzlərlə idmançını bir araya gətirən bu yarış ancaq ən yaxşıların qələbə qazanmaq şansı olduğu yüksək rəqabət mühiti yaradır.


SON XƏBƏRLƏR

18 Aprel 2025