"Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov deyib.
Baş məşqçi əvəzi vəzifəsini yerinə yetirən gənc mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Turan Tovuz"la görüşdə qeydə 1:1 hesablı heç-heçəni şərh edib: "Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir. Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. Bizə şans verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Gələcəklə bağlı qərarı klub verəcək".
Qeyd edək ki, Məmmədov ötən turda istefa verən Şahin Diniyevi əvəz edib. Komanda ardıcıl məğlubiyyətdən sonra heç-heçəyə nail olub.