• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Üç komandaya texniki məğlubiyyət verildi

İDMAN

11 Oktyabr 2024 | 13:15

Üç komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.

Gənclər Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Latsio Baku” –“Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Bayern Baku” – “Karvan” (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026