• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ” əsl Avropa komandasıdır” - “Ludoqorets”in baş məşqçisi

İDMAN

12 Avqust 2024 | 16:26

“Qarabağ” əsl Avropa komandasıdır” - “Ludoqorets”in baş məşqçisi

Bolqarıstanın “Ludoqorets” klubunun baş məşqçisi Georgi Dermendjiyev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanmalarına baxmayaraq, hələ də arxayınlaşmır.

O, Azərbaycan çempionunun zəngin təcrübəyə malik olduğunu söyləyib: “Qarabağ” beynəlxalq arenada böyük təcrübəyə malikdir. Biz isə sabah zədəli Bernard Tekpeteysiz çıxış etməli olacağıq. Futbolçularım “Qarabağ”la ilk görüşdə heç nədən qorxmadıqlarını göstərdilər. Hər iki komanda üçün vacib qarşılaşma olacaq. Komandamız yaxşı formadadır. “Qarabağ” isə əsl Avropa komandasıdır. Onların baş məşqçiləri böyük peşəkar mütəxəssisdir”.

Qeyd edək ki, sabah keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026