• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Mbappe "Real"a 800 min avro qazandırdı

İDMAN

13 Iyul 2024 | 15:10

Mbappe Reala 800 min avro qazandırdı

 "Real"ın yeni transferi Kilian Mbappe "kral klubu"na 800 min avro qazandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klub üzərində Mbappenin adı olan formaları satışa çıxarıb. İlk satış günündə 7 mindən çox forma alınıb.

"Real" bundan 800 min avro gəlir əldə edib.

Qeyd edək ki, Mbappenin son klubu PSJ idi. O, 2017-ci ildən bu komandada oynayırdı. "Real" 25 yaşlı futbolçu üçün iyulun 16-da imza mərasimi təşkil edəcək. Mərasimdə "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan da iştirak edəcək.


SON XƏBƏRLƏR

18 Iyul 2025