• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

AVRO-2024: Bu gün çempion müəyyənləşəcək

İDMAN

14 Iyul 2024 | 09:16 | Müəllif: Subhan Mahmudov

AVRO-2024: Bu gün çempion müəyyənləşəcək

Almaniyada təşkil olunan Avropa çempionatının qalibi bu gün müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

Berlindəki Olimpiya stadionunda keçiriləcək matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2024

Final

14 iyul

23:00. İspaniya - İngiltərə

Baş hakim: Fransua Leteksye (Fransa).

Berlin, Olimpiya stadionu.

Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026