• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Neftçi” portuqaliyalı futbolçunun keçidini açıqladı

İDMAN

12 Avqust 2024 | 22:38 | Müəllif: Subhan Mahmudov

“Neftçi” portuqaliyalı futbolçunun keçidini açıqladı

“Neftçi” daha bir transferini reallaşdırıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, "ağ-qaralar" portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.

6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR