• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Millimiz olimpiadaya qələbə ilə başladı

İDMAN

11 Sentyabr 2024 | 21:48

Millimiz olimpiadaya qələbə ilə başladı

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasında qələbə ilə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, I turda Nikaraqua ilə qarşılaşan idmançılarımız rəqibini 4:0 hesabı ilə üstələyib.

Ülviyyə Fətəliyeva – Mariya Qaranados - 1:0

Gövhər Beydullayeva – Kristiana Martines - 1:0

Xanım Balacayeva – Abigel Kabesas - 1:0

Gülnar Məmmədova – Aleksandra Munyos - 1:0

Qeyd edək ki, kişilərdən ibarət komandamız isə İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.


SON XƏBƏRLƏR