• Bakı 13° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu bürünc medal qazanıb

İDMAN

11 Oktyabr 2024 | 19:50 | Müəllif: Gülşən Şərif

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycanın cüdoçusu Acelya Toprak (57 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin ilk günündə bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Flaka Loja (Kosovo) ilə üz-üzə gələn təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu gün tatamiyə çıxan 5 idmançımız isə mükafatsız qalıb.

Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).

Qeyd edək ki, turnir oktyabrın 12-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026