• Bakı 21° C

    3.72 m/s

Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb

CƏMİYYƏT

27 Oktyabr 2021 | 15:05 | Müəllif: Subhan Mahmudov

Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Tovuz və Şəmkir rayonlarının ərazisində nəzarət tədbirləri keçirilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, Tovuz rayonunda keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Ruslan Tağıyev və Azər Qasımovun, Şəmkir rayonunda isə rayon sakinləri Alim Alıyev, Saməddin Babayev, Mahir Əyyubov və Elçin Qasımovun həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 19 m3 həcmində işlik meşə materialı müəyyən edilib. 

B.Məhəmmədovun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026