• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gömrükçülər külli miqdarda pirotexniki vasitə müsadirə ediblər

CƏMİYYƏT

26 Noyabr 2021 | 14:39 | Müəllif: Subhan Mahmudov

Gömrükçülər külli miqdarda pirotexniki vasitə müsadirə ediblər

Gömrükçülər külli miqdarda pirotexniki vasitələrin və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə ağacyonqarlı piltələr, səthi melaminlə hopdurulmuş, kağızla örtülmüş laminat yükü gətirən “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və terminalın ərazisinə gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gətirilən yüklərdən əlavə karton qutuların olduğu müəyyən edilib. Baxış zamanı 213 iri həcimli qutuda -10 384 ədəd fişəng, 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026