• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Orduda tərbiyə işinin təşkili üzrə kurs keçirilib

CƏMİYYƏT

26 Dekabr 2021 | 12:28

Orduda tərbiyə işinin təşkili üzrə kurs keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb.

Bu barədə Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Kursda əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi məsələlərinə yönəldilib.

Tədbirin sonunda kursu bitirən zabitlər təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.


Orduda tərbiyə işinin təşkili üzrə kurs keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026