Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindəki kolxoz bazarının söküləcəyi barədə məlumatlar yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, APA TV adıçəkilən bazardan reportaj hazırlayıb.
Məlumat üçün deyək ki, Bakının Binəqədi rayonun ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxındır. Bu statistik göstəricilər Binəqədi İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Ən maraqlısı isə budur ki, söküləcəyindən ehtiyat edilən kolxoz bazarı ərazidə kənd təsərrüfatı mallarının böyük çeşiddə satıldığı yeganə ticarət obyektidir. 2002-ci ildən fəaliyyət göstərən bazara bütün məhsullar bölgələrdən gətirilir.
Bakıvaxtı.az həmin reportajı təqdim edir:
















